TOP 10: Ən böyük kredit portfeli olan banklar | Banco.az

TOP 10: Ən böyük kredit portfeli olan banklar

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə olan kredit portfelinin həcmi 13 mlrd 462,1 mln manat təşkil edib.

Banco.az portalı xəbər verir ki, bu məbləğin 46%-i, yəni 6,2 milyard vəsait ilk onluqda yer alan bankların payına düşür.

Qeyd edək ki, bankların kredit portfeli may ayı ilə müqayisədə 6%,  2016-cı ilin sunu ilə müqayisədə isə 15,5% kiçilib. Belə ki, 2016-ci ilin sonunda kredit portfelinin həcmi 15 mlrd 938,3 mln manat təşkil edib. Manatla ifadədə kredit portfeli 2 mlrd 476,2 mln manat azalıb.  Xalq bank, Kapital bank və Paşa Bank ən böyük kredit portfelinə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Diaqramda kredit portfelinin həcminə görə lider banklar ilə tanış ola bilərsiniz.

Bununla yanaşı Azərbaycan banklarından Beynəlxalq Bank öz maliyyə göstəricilərini açıqlamadığı üçün  renkinqdə yer almayıb.

Qeyd: Diaqramdakı rəqəmlər report.az saytına istinadən təqdim olunub

Ən sərfəli krediti almaq üçün müraciət et