TOP 10: Aktivlərinin həcminə görə ən böyük 10 bank | Banco.az

TOP 10: Aktivlərinin həcminə görə ən böyük 10 bank

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat təşkil edib.

Bu aktivlərin 13 mlrd 459 mln 469 min manatı elə ilk 10-luqda yer alan bankların payına düşür. Aktivlərinin həcminə görə ən böyük banklar Paşa bank və Kapital Bankdır ki, hər birinin aktivləri ayrıllıqda 3 milyard manatı üstələyir. Aktivlərinin həcmi 1 milyard manatdan çox olan Xalq Bank isə üçüncüdür. 

Qeyd edək ki, bankların aktivləri bir ay öncə il müqayisədə 0,21% azalıb. Belə ki, may ayının sonunda aktivlərin həcmi 30.101.1 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda bankların cəmi aktivləri ilin əvvəlindən 4,5% azalıb. 2016-ci ilin sonunda bank aktivlərinin cəmi 31,439.5 mln təşkil edib. 

Bununla yanaşı Azərbaycan banklarından Beynəlxalq Bank öz maliyyə göstəricilərini açıqlamadığı üçün onun renkinqdə yerini söyləmək mümkün deyil.

Qeyd: Qrafikdəki rəqəmlər report.az saytına istinadən təqdim olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et