Tokioda inflyasiyanın sürəti zəifləyib | Banco.az

Tokioda inflyasiyanın sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tokioda istehlak qiymətləri indeksi 3,2% artıb, inflyasiya dekabr ayına görə zəifləyib.

Banco.az xəbər verir ki, hökumətin cümə günü yaydığı məlumatlara görə, paytaxtda təzə qida istisna olmaqla istehlak qiymətləri indeksi mart ayında 3,2 faiz artmaqla dekabrdakı 4,3 faizlik zirvədən bəri inflyasiyanın yavaşlamasını davam etdirib.

Tokionun ümumi inflyasiyası isə 3,3 faiz təşkil edib. Yapon yeni dollara nisbətdə 0,23 faiz ucuzlaşaraq 132,95 olub.

Bununla yanaşı, ümummilli miqyasda işə müraciət etmə nisbəti 1,34 faizlı əsasən proqnozlara uyğun reallaşsa da, işsizlik nisbəti proqnozları üstələyərək 2,6 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram