Tokioda inflyasiya sürəti zəifləyib | Banco.az

Tokioda inflyasiya sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada ümumi inflyasiyanın əsası sayılan paytaxt Tokioda əsas istehlak qiymətlərindəki artım tempi geriləyib.

Banco.az xəbər verir ki, yapon hökumətinin məlumatlarına görə, paytaxt Tokioda baza inflyasiyası may ayında illik 3,2 faiz artım göstərib ki, bu da aprel ayındakı 3,5 faizlik artımı nəzərə aldıqda inflyasiya sürətinin zəifləməsinə işarə edir.

Tokionun təzə qida istisna olmaqla istehlak qiymətləri indeksi isə iqtisadçıların 3,3 faiz proqnozuna çata bilməyib. Ümumi inflyasiya da 3,2 faiz artıb.

Məlumatlar həmçinin müəyyən edib ki, həm təzə qida, həm də yanacaq xərclərinin istisna edildiyi əsas istehlak qiymətləri indeksi 3,9 faiz artıb ki, bu dabu da 1982-ci ilin aprel ayından bəri qeydə alınan bəri ən sürətli illik artımdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et