Tokioda inflyasiya 40 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Tokioda inflyasiya 40 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tokioda inflyasiya dərəcəsi ötən 40 ilin maksimumuna çatıb.

Banco.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda istehlak qiymətləri indeksi (CPI) bu ay enerji xərcləri və zəif yapon yeninin təsiri ilə keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artıb.

Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, dəyişən təzə ərzaq məhsullarının qiyməti istisna olmaqla, bu şəhərdə inflyasiya 14 aydır ki, artmaqda davam edir.

Belə ki, oktyabr ayında Tokioda ümumi CPI ötən ilin eyni ayına nəzərən 3,5%, nüvə CPI isə 3,4% artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlara görə, nüvə CPI sonuncu dəfə 1982-ci ilin iyununda eyni sürətlə artmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et