Tokio Fond Birjası Asiyanın ən böyük birjasına çevrildi | Banco.az

Tokio Fond Birjası Asiyanın ən böyük birjasına çevrildi

Müəllif:Mehin Qasımova/Banco.az

Tokio Fond Birjası siyahıya alınmış səhmlərin ümumi qiymətinə görə Şanxay Fond Birjasını geridə qoyaraq Asiyanın ən böyük birjası statusunu bərpa edib.

Banco.az xəbər verir ki,  bu barədə Yaponiyanın  iqtisadi qəzeti  "Nikkei" məlumat yayıb.

Tokio bazarında təmsil olunan səhmlərin ümumi qiyməti yanvarın 11-nə təxminən 917 trilyon yen - 6,32 trilyon dollar təşkil edib. Bu, Tokio Birjasının tarixində ən yüksək səviyyədir.

Şanxay Fond Birjasında isə  bütün səhmlərin ümumi qiyməti 6,27 trilyon dollar təşkil edib.

“Nikkei” qəzetinin yazdığına görə, sərmayədarların artım templərinin aşağı düşdüyü və ölkənin təxminən üçdə birini təşkil edən tikinti və daşınmaz əmlak sektorunda böhran hadisələrinin davam etdiyi Çin iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlığı səbəbindən vəziyyət dəyişib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, Nikkei-nin məlumatına görə, Çinin Şanxay, Honq-Konq və Şençjen birjalarından ibarət birləşmiş fond bazarı Asiyada ən böyük bazar olaraq qalır.

Qeyd edək ki,  Nyu-York Fond Birjası səhmlərin ümumi qiymətinə görə dünyada birinci yerdədir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram