«Тинькофф Банк»ın təsisçisi Oleq Tinkov tezliklə şəxsi “TinCoin” kripto valyutasının emissiya ediləcəyi haqda məlumat paylaşıb. Bu haqda o, öz Facebook profilində yazıb.
Onun sözlərinə əsasən, “bank göz önündə öz texnoloji liderliyini itirir”, “TinCoin buraxmaq vaxtıdır”. O, həmçinin əlavə edib ki, bank öz kripto valyutasını çıxartmaq üçün praktiki olaraq hazıdır.
Real və bank aktivlərinin tokenləşməsi üçün fintex platformalarının inteqrasiyası üzrə BankEx-in partnyoru Vitaliy Dubinin şərhlərdə məsləhət görüb ki, İCO-nu onların platformasında həyata keçirtsin “BankEx ilə birlikdə etmək lazımdır”. Cavabda isə Tinkov bildirib ki, “kimlə olsa fərq etməz” və Bazar ertəsi günü (2 Oktbyabr”) «Тинькофф Банк»ın ofisində öz həmkarları ilə görüşməyi tklif edib.