Tim Kuk: Əgər investor proyektinizi iri korporasiyaya satmaq istəyirsə, onda ayağa qalxın və gedin | Banco.az

Tim Kuk: Əgər investor proyektinizi iri korporasiyaya satmaq istəyirsə, onda ayağa qalxın və gedin

Startapı mümkün qədər tez müddətdə korporasiyalara satmaq istəyən investorlardan qaçın

Tim Kukun Oksforddakı ictimai intervüsündən seçmələr

Görüşün gedişində, qonaqlardan biri Kukdan soruşur: “İş adamları (startap rəhbərləri)  layihəni qısa müddətdə Apple və ya Google kimi nəhəng texnoloji korporasiyalara satmaq istəyən investorlar ilə necə ünsiyyət qurmalıdır?”

“Əgər bu sualı sizə verən vençur investordursa - əgər investor proyektinizi iri korporasiyaya satmaq istəyirsə, onda ayağa qalxın və gedin, yəni mən ən azından belə edərdim – Kuk cavab verir – Bu növ investisiyaya qoşulmaq məsləhət deyil. Çünki belə insanlar sizin biznesi böyütmək və ya sizə kömək etmək niyyətində deyil, onlar acil pul qazanmaq istəyirlər, ona görə də onlara baş qoşamağa dəyməz”.

Məhsulunuzu sevin

 Həmçinin Kuk iş adamlarına məsləhət görüb ki, özləri öz məhsullarının fokus qrupu funksiyasını yerinə yetirsinlər.

“O məhsullarla məşğul olmağa dəyər ki, siz özünüz də onlardan istifadə etmək istəyəsiniz. Sadəcə istəmək deyil, o məhsulu sevəsiniz. Əmin ola bilərsiniz, əgər siz məhsulu sevirsinizsə, onda dünyada həmin məhsulu sevəcək çox sayda başqa adamlar da tapılacaq. Apple şirkəti də bu fundament üzərində işləyir” – kompaniyanın rəhbəri bəyan edib.

Alıcılara daha yaxın olun və onları dinləyin

“Biz satdığımız məhsulları yaradarkən bəzi səhvlərə yol veririk, ona görə də həmişə alıcıya yaxın olmaq və onlara qulaq asmaq laızmdır, onlar üçün əlçatan olmalısan. Bizim (Apple-ın) öz mağazalarının olma səbəblərdindən biri də odur ki, bizə lazım olduqda alıcı ilə əlaqə saxlayıb onları dinləmək imkanımız olsun”, Kuk söyləyir.

Apple rəhbəri əlavə edib ki, o məqsədli şəkildə yuxudan tez ayılıb günün ilk saatını alıcılardan gələn elektron məktubları oxumaqla keçirir ki, onların nə dediyini və nə hiss etdiyini bilsin.

Sizə oxşamayan əməkdaşları işə götürün

«Proyektə sizə oxşamayan dostları cəlb edin Əgər siz mühəndissinizsə, əmin olun ki, komandada humanitar elmləri bilən biri var. Əgər siz Böyük Britaniyadansınızsa, əmin olun ki, sizinlə Yaxın Şərqdən, Çindən və daha başqa yerlərdən olan biri də işləsin.

Ən sərfəli kredit üçün müraciət et

Sizdən fərqlənən insanları tapın, sizi birləşdirən ortaq cəhət isə yaratdığınız məhsul və ya servis vasitəsi ilə dünyanı dəyişmək istəyi olsun. Əgər siz belə insanları tapa bilsəniz, bu şirkətin uğurunun açarı olacaq” – Kuk qeyd edib.  

Layihə uğursuzluğa uğrayanda bunu vaxtında etiraf etməli

Həmçinin Kukdan, biznes qurmaq istəyənlərin nə vaxt layihədən imtina edib hər şeyi sıfırdan başlamalı olduqları haqqında soruşdular. Kuk Apple-ın uğursuzluğa düçar olmuş Cube personal kompüterlərini xatırladı.

 «Bu bizim üçün çox vacib məhsul idi, biz ona çoxlu sevgi və mühəndisələrin inanılmaz zəhmətini qoymuşduq... Kommersiya planınınd bu olduqca seyredici bir məğlubiyyət idi – demək olar ki, satışların ilk günündən. Üç gün ərzində biz layihədən imtina etdik

Biz özümüzə kənardan baxıb, etiraf etməli idik ki, burada biz hədəfdən yayınmışıq. Düşünürəm ki bu çox vacibdir – sizin üçün ehtiraslı olan bir şeydən imtina etməyi bacarmaq. Bu Steven (Jobs) mənə öyrətdiyi şeylərdən biri idi”

Siz güzgüdə özünüzə baxıb, boynunuza almalısınız ki, səhv etmisiniz, haqsız olmusunuz. Mən çox sayda situasiya tanıyıram ki, insalar özünü nəyəsə həsr edirdi və sonra qürurları onlara imkan vermirdi etiraf etsinlər ki, proyekt sadəcə alınmayıb. Uğursuzluq – elə soyuqdəymə kimi çox yayılmış haldır, sadəcə adları fərqlidir.

Münasibətinizi tez dəyişməyi öyrənin, Steve Jobs kimi

Uğursuzluqlar ilə bağlı tövsiyədən sonra, Kuk tezisini onunla davam etdi ki, yeni informasiya dövründə bir şeydən digərinə cəld keçid etəyi bacarmaq lazımdır.

«Steve həyatım boyu tanıdığım bütün insanlardan daha yaxşı şəkildə əvvəl nəyisə şiddətlə dəstəkləyə, sevə bilərdi və bir neçə gün ya dəqiqə sonra situasiya dəyişərsə, sənə elə gəlirdi ki, o heç zaman belə düşünməyib. O, bu işdə professioanl idi.

Əvvəlcə mən düşünürdüm ki, “ o fikrini tez-tez dəyişən” insandır, sonra isə qəfildən mən bunun gözəlliyini anladım. Çünki o, digələrindən fərqli olaraq bir problem üzərində ilişib qalmırdı,bir çox insanlar sadəcə qürur səbəbindən uğursuz layihələrdə işləməyə davam edir. Ona görə mən tövsiyə edərdim ki, özünə qarşı dürüst olub, dəyişmək üçün cəsarət sahibi olmaq lazımdır” – Apple rəhbəri sözlərini belə yekunlaşdırdı.