“Cənub qaz dəhlizi” və “EastMed” (İsrail-Kipr-Yunanıstan-İtaliya) sualtı boru kəməri kimi layihələr Avropanın enerji mənbələrini şaxələndirməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.
Bunu İstanbulda XXII Dünya Neft Konqresində çıxışı zamanı ABŞ-ın Dövlət katibi Reks Tillerson deyib.
O qeyd edib ki, bu layihələr qlobal enerji təhlükəsizliyini gücləndirəcək.
Mənbə: Trend.az