"TikTok"un sahibinin gəlirləri 80 milyard dollara çatıb | Banco.az

"TikTok"un sahibinin gəlirləri 80 milyard dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“ByteDance” şirkətinin gəlirləri 2022-ci ildə 30 faizdən çox artıb.

Banco.az xəbər verir ki, “TikTok” platformasına qarşı geniş vüsət alan qadağalarla mübarizə aparanByteDance” şirkəti tətbiqin populyarlığı sayəsində 2022-ci ildə gəlirini 30 faizdən çox artıraraq “Meta” və “Amazon” da daxil olmaqla bir çox texnologiya nəhəngini geridə qoyub.

Şirkətin gəlirləri keçən il 30 faizdən çox artaraq 2022-ci ildə 80 milyard dollardan çox olub. Bu, onun əzəli rəqibi “Tencent”ə qarşı əhəmiyyətli güc qazandığını ortaya qoyur.

Bildirilib ki, dünyanın ən dəyərli özəl texnologiya şirkəti hesab edilən “ByteDance” bu yaxınlarda daxili məlumat məktubu ilə 2021-ci il gəlirini də açıqlayıb. Daxili mənbələrdən alınan məlumata görə, bu məktubda şirkətin əvvəlki ildə təxminən 60 milyard dollar gəlir əldə etdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et