"TikTok"un endirilmə sayı 3 milyonu keçdi | Banco.az

"TikTok"un endirilmə sayı 3 milyonu keçdi

Tamara Mustafayeva, Banco.az

Qısa videoya marağın artması ilə "TikTok" platforması da daha çox populyarlıq qazanmağa başladı və istifadəçi sayına görə əksər sosial media platformalarını üstələməyə müvəffəq oldu. "TikTok" tətbiqini mobil telefonlara endirənlərin sayı da bununla birlikdə artım göstərdi ki, bir neçə gün əvvəl tətbiqin endirilmə sayı 3 milyon həddini keçib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, dünya miqyasında endirilmə sayı 3 milyonu üstələyən "TikTok" bununla da oyun oynanılan tətbiqlər arasında 3 milyon həddini keçən "Facebook"dan sonra ilk tətbiq olub. "Facebook"un sahib olduğu "Instagram" və "WhatsApp" da bir müddət əvvəl bu göstəriciyə çatmışdılar, ancaq bu tətbiqlərdən tamamilə fərqli olan Çin mənşəli "TikTok" siyahıya ilk dəfə daxil olur.

Qeyd edək ki, 732 milyon aktiv istifadəçisi olan "TikTok" ilk dəfə 2016-cı ildə bazara daxil olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et