"TikTok"u satın almaq üçün investor qrupu yaradılacaq | Banco.az

"TikTok"u satın almaq üçün investor qrupu yaradılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın keçmiş maliyyə naziri Stiven Mnuçin “TikTok”u almaq üçün investor qrupu yaradacağını açıqlayıb.

Banco.az xəbər verir ki, keçmiş nazir bu barədə CNBC televiziyasına müsahibəsində qeyd edib.

O, Nümayəndələr Palatasında qəbul edilərək Senata göndərilən “Amerikalıları Xarici Düşmənlər tərəfindən Nəzarət Edilən Tətbiqlərdən Qoruma Aktı” adlı qanun layihəsinin qəbul edilməsi və “TikTok”un satılması lazım olduğunu düşündüyünü bildirib.

“TikTok”u satın almaq üçün qrup yaradacağını dilə gətirən Mnuçin, “Bu, ABŞ bizneslərinə məxsus olmalıdır. Çinlilərin ABŞ şirkətinin Çində belə bir şeyə sahib olmasına heç vaxt icazə verməsi mümkün deyil”, qiymətləndirməsini edib.

Mnuçin belə bir sövdələşmədə digər investorların kim olacağını bildirməsə də, ABŞ-ın “Google” və “Meta” kimi texnologiya nəhənglərinin antiinhisar problemləri yarada biləcəyi üçün satınalma qrupuna daxil edilməyəcəyini söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram