TikTok platformasının satışı dayandırıldı | Banco.az

TikTok platformasının satışı dayandırıldı

Tamara Mustafayeva, Banco.az

TikTok platformasının ABŞ-da yayım hüququnun Oracle və Walmart şirkətlərinə satılması prosesi dayandırılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin Bytedance şirkətinə məxsus TikTok platformasının yayım hüquqlarının satışı yeni prezident Co Bayden tərəfindən dayandırılıb.

Xatırladaq ki, sözügedən satış Tramp hökumətinin TikTok-u milli təhlükəsizliyə qarşı təhdid kimi dəyərləndirməsi səbəbilə gündəmə gəlmişdi. Belə ki, Bytedance ABŞ bazarından tamamilə çıxmalı və ya buradakı yayım hüquqlarını yerli firmalardan birinə satmalı idi.

Bayden isə sələfi Trampın Çinə məxsus texnologiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları yenidən nəzərdən keçirməyə qərar verib. Ancaq onu da qeyd edək ki, satışın dayandırılması platforma ilə bağlı yoxlanışın da başa çatması demək deyil. Belə ki, ABŞ Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Emili Horn açıqlamasında "ABŞ məlumatlarının qorunması üçün müfəssəl yanaşma üzərində işləyirik. Bu, ABŞ-da fəaliyyət göstərən bütün xarici texnologiya şirkətlərinin fəaliyyətinə şamil ediləcək.", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et