Ticarət razılaşmasının dolların qiymətlərinə müsbət təsir edə biləcəyi proqnozlaşdırılır | Banco.az

Ticarət razılaşmasının dolların qiymətlərinə müsbət təsir edə biləcəyi proqnozlaşdırılır

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ilkin ticarət razılaşmasının dolların qiymətlərinə müsbət təsir edə biləcəyi proqnozlaşdırılır.

ABŞ-ın ticarət defisitinin azaldılması planlaşdırılır

ABŞ və Çin arasında çoxdandır gözlənilən ticarət sazişinin birinci razılaşması nəhayət imzalandı. Razılaşmaya əsasən, Çin daha çox enerji, sənaye, kənd təsərrüfatı məhsulları və xidmət idxal edəcək ki, ABŞ-ın ticarət defisiti azalsın. 

Lakin böhran ərzində tətbiq edilən gömrük rüsumları qüvvədə qalmaqdadır və beləliklə, qlobal iqtisadiyyat yüklənmiş halda davam edəcəkdir. 

FX: Dollara tələb yenidən arta bilər

Bütün bunlar dolların aparıcı valyutalara nisbətən qiymətlərinə müsbət təsir edə bilər və avro və funtda ucuzlaşmanın şahidi ola bilərik. 

Bu baxımından, gələcək aylar ərzində açıqlanacaq önəmli fundamental məlumatlar da diqqət mərkəzində olacaqdır. 

ABŞ-dan açıqlanacaq sənaye göstəricisi və Laqardın çıxışı diqqət mərkəzində

Bu gün isə Bakı vaxtı ilə saat 17:30-dan ABŞ-ın sənaye sektoru ilə bağlı dərc ediləcək fundamental məlumat böyük maraqla gözlənilir. Axşam saat 10-da Avropa Mərkəzi Bank sədrinin Frankfurtda çıxışı da diqqət mərkəzindədir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.