Ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır | Banco.az

Ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır

Xüsusi karantin rejimi dövründə bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb.

Qərarda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

APA