Tibbi sığortada ödənişlərdə böyük azalma | Banco.az

Tibbi sığortada ödənişlərdə böyük azalma

Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları artıb, ödənişlər isə azalıb.

2019-cu ilin 7 ayında könüllü tibbi sığorta üzrə 67 milyon 851 min manat sığorta haqları toplanıb, 30 milyon 199 min manat sığorta ödənişləri həyata keçirilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 7 ayı ərzində tibbi sığorta üzrə 58 milyon 286 min manat sığorta haqları toplanmış, 35 milyon 357 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, ötən ilin yanvar-iyul dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - iyul dövründə toplanan sığorta haqları 9 milyon 565 min manat və ya 16,4% artıb, sığorta ödənişləri isə 5 milyon 158 min manat və ya 17% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Marja