Tibbi maskaların insanları virusdan qoruduğu sübut edildi | Banco.az

Tibbi maskaların insanları virusdan qoruduğu sübut edildi

Tamara Mustafayeva, Banco.az

İngiltərədə həyata keçirilən bir araşdırmaya görə, əhalinin böyük əksəriyyətinin tibbi maskalardan istifadə etməsinin Covid-19 pandemiyasının nəzarət altına alınmasında rol oynadığı müəyyən edilib.

Kembric və Qrinviç Universitetlərinin elm adamları tərəfindən reallaşdırılan bir araşdırma təcrid tədbirlərinin tək başına koronavirusun yenidən artmasının qarşısını almaqda effektiv olmayacağını, növündən asılı olmadan istənilən maskadan istifadə edilməsinin isə yoluxma dərəcəsini böyük ölçüdə azaltdığını aşkara çıxarıb.

Sözügedən araşdırmaya rəhbərlik edənlərdən biri olan Richard Stutt kütləvi şəkildə maskadan istifadə edilməsinin sosial məsafə qaydasının tətbiqi və başqa təcrid tədbirləri ilə birləşdiyi zaman pandemiya ilə mübarizə aparma və iqtisadiyyatın yenidən canlandırılması üçün vaksin tapılana qədər mütləq şəkildə atılmalı addım olduğunu vurğulayıb.

Araşdırma yoxulmamış insanların evdən çıxdıqları zaman maska taxması halında R dəyərinin virusun simptomlarını hiss etdikləri zaman taxmalarına nəzərən iki dəfə azaldığını ortaya çıxarıb.

Qeyd edək ki, R dəyəri yoluxmuş insanın orta hesabla neçə nəfəri yoluxdurduğunu göstərir. Bu göstəricinin 1-dən yüksək olması pandemiyanın artdığına işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən araşdırmada dəyərləndirilən bütün ssenarilərdə əhalinin 50%-i və ya daha çoxunun müntəzəm olaraq maskadan istifadə etməsinin Covid-19 pandemiyasının yayılmasında R dəyərini 1-dən aşağı saldığı məlum olub.

Həmçinin oxu: Hansı maskalar daha yaxşı qoruyur?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et