“Threads” tətbiqi "Meta" şirkətinə ildə 8 milyard dollar gəlir gətirə bilər | Banco.az

“Threads” tətbiqi "Meta" şirkətinə ildə 8 milyard dollar gəlir gətirə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Threads” üçün illik 8 milyard dollar gəlir proqnozu irəli sürülüb.

Banco.az xəbər verir ki, ABŞ-ın “Evercore ISI” araşdırma şirkətinin analitikləri tərəfindən açıqlanan araşdırma qeydinə görə, texnologiya nəhəngi “Meta”nın “Twitter”ə rəqib olaraq işə saldığı “Threads”tətbiqi yaxın iki ildə gündəlik 200 milyon aktiv istifadəçi sayına və 8 milyard dollar illik gəlirə çata bilər.

Analitiklərin fikrincə, bu, hələlik erkən proqnoz olsa da, “Threads” qarşıdakı illərdə sosial media nəhəngi üçün əhəmiyyətli vəsait axını yarada bilər.

Xatırladaq ki, İlon Mask tərəfindən satın alınan “Twitter”i ilə rəqabət aparmaq üçün hazırlanmış yeni sosial media platformasında ötən çərşənbə günü təqdim olunduqdan sonra 5 gün ərzində 100 milyondan çox istifadəçi qeydiyyatdan keçib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et