“Tezliklə dünyada qızıla tələbat daha da artacaq” - Ekspert | Banco.az

“Tezliklə dünyada qızıla tələbat daha da artacaq” - Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Dollarla birlikdə dövlətlərin monetar orqanları yenidən qızıl almağa başlayacaqlar. Bu da yaxın gələcəkdə qızılın qiymətini artıra bilər”.

Bunu rusiyalı ekspert iqtisadçı Valentin Katasonov deyib.

Ən sərfəli kredit üçün müraciət et

“Yaxın illərdə bu qiymətli metal əvvəlki statusunu və istinad aktivi kimi əvvəlki əhəmiyyətini mütləq bərpa edəcək. Bu, dolları dünyanın əsas ehtiyat valyutası olmasından  dərhal sonra baş verəcək. Daha sonra bütün ölkələrin mərkəzi bankları onu qızıl-valyuta ehtiyatlarının strukturundan çıxarmağa başlayacaq.Düşünürəm ki, qlobal maliyyə sistemi indiki formada artıq həyat qabiliyyətli deyil və tezliklə köklü şəkildə dəyişdirilməlidir”.