Texnologiya şirkətləri ABŞ-ın süni intellektlə bağlı təhlükəsizlik tədbirlərini qəbul ediblər | Banco.az

Texnologiya şirkətləri ABŞ-ın süni intellektlə bağlı təhlükəsizlik tədbirlərini qəbul ediblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnologiya şirkətləri ABŞ-ın süni intellektlə bağlı təhlükəsizlik tədbirlərini qəbul ediblər.

Banco.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, “OpenAI”, “Amazon”, “Google”, “Meta”, “Microsoft” daxil olmaqla 7 ABŞ şirkəti süni intellekt məhsullarını bazara çıxarmazdan əvvəl təhlükəsizlik tədbirlərinə riayət etməyə razılaşıb.

Qeyd edək ki, sözügedən tədbirlərə kommersiya məqsədləri üçün istifadə edilən süni intellekt sistemlərinin üçüncü tərəf auditi və vətəndaşların şəxsi məlumatlarının qorunması qaydaları daxildir.

Şirkətlər həmçinin bu tədbirlər çərçivəsində öz texnologiyalarında olan qüsurları və riskləri ictimaiyyətə açıqlamağa da razılaq veriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram