Teslaya yeni rəqib - Porsche Taycan | Banco.az

Teslaya yeni rəqib - Porsche Taycan

Porsche şirkəti Tesla modelinə rəqib olacaq yeni modelini 2020-ci ildə təqdim etmək niyyətindədir. Yeni model Taycan adlanır və bir sıra xüsusiyyətlərinə görə Teslanı geridə qoya bilər.

Porschenin yeni modelinin qiymətinin 75 000 dollar olacağı proqnozlaşdırılır. Yeni model 600 at gücünə sahib olub,  0-dan 60km çatması 3.5 saniyədə həyata keçiriləcəyi vurğulanır. Bundan əlavə yeni Porsche model nəqliyyat vasitəsi 20 dəqiqədə 80% enerji depolaya biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Elektrikli maşınların azlığını nəzərə alan şirkət bütün dünya üzrə 10000 enerji doldurma stansiyası istifadəyə vermək niyyətindədir. 2020-ci ilədək şirkət layihəyə 7 milyard dollar sərmayə qoymağı nəzərdə tutur. Hələ çıxışına 2 il olmasına baxmayaraq artıq çoxlu sayda insan yeni modeli almaq niyyətində olduğunu açıqlayıb.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et