Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın Şanxayda istehsalı müvəqqəti olaraq dayandıracağı xəbəri tələbin azalması ilə bağlı narahatlıqları artırıb.
Banco.az xəbər verir ki, Çindəki fabrikində istehsalı müvəqqəti dayandırmağa qərar verən ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmləri tələblə bağlı artan narahatlıqlar fonunda çərşənbə axşamı 11,4 faiz ucuzlaşaraq birja əməliyyatlarını 109,10 dollardan bağlayıb.
Bununla da, ardıcıl 7 günlük ucuzlaşma ilə şirkət səhmləri 2018-ci ildən bəri ən uzun eniş seriyasına imza atıb.
Şanxayda istehsalın müvəqqəti olaraq dayandırılacağı xəbəri “Tesla”nın ABŞ istehlakçılarına ilin sonuna qədər şirkətin ən çox satılan iki modelini almaq üçün 7500 dollar endirim təklif etməsindən sonra gəlib ki, bu da tələbatın azalması ilə bağlı narahatlıqların artmasına səbəb olub.
Bizi sosial şəbəkələrdən izləyin!!