Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla” Çinin Şanxay şəhərindəki fabrikində 2 milyon avtomobil istehsal həddini keçib.
Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” tərəfindən edilən açıqlamada şirkətin Şanxaydakı fabrikində istehsal olunan 2 milyonuncu avtomobilin bu gün xəttdən çıxarıldığı bildirilib.
Açıqlamada 2019-cu ilin yanvar ayında istifadəyə verilən fabrikdə 1 milyon avtomobil həddinin keçilməsi üçün 30 aydan çox vaxt sərf edildiyi vurğulanaraq qeyd olunub ki, artan tutumla 2 milyonuncu avtomobil 13 aydan az müddətdə istehsal edilib.
Qeyd edək ki, elektromobil istehsalçısının Şanxay fabriki şirkətin ABŞ-dan kənarda yerləşən ən böyük istehsal müəssisəsidir. Burada istehsal olunan avtomobillər Çindən başqa Asiya-Sakit Okean, Avropa və ABŞ-a ixrac olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!
