Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın xalis mənfəəti 2 dəfədən çox azaldaraq 15 milyard dollardan 7,1 milyard dollara düşüb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Bildirilir ki, şirkətin əməliyyat mənfəəti 20%, elektromobil satışından əldə edilən gəlir isə 6% azalaraq 77,1 milyard dollara düşüb. Ümumilikdə “Tesla”nın gəliri illik müqayisədə 1% artaraq 97,7 milyard dollara çatıb.
Şirkətin oktyabr-dekabr aylarında gəliri 25,7 milyard dollara yüksəlib, lakin bu rəqəm analitiklərin 27,26 milyard dollarlıq gözləntilərindən xeyli aşağı olub.
Yanvarın birinci yarısında məlum olub ki, 2024-cü ildə “Tesla” əvvəlki illə müqayisədə avtomobil istehsalının həcmini azaldıb - ötən il şirkət 1,77 milyon avtomobil istehsal etdiyi halda, bir il əvvəl 1,85 milyon elektrikli avtomobil istehsal edib. Beləliklə, 2024-cü ildə “Tesla” 2023-cü illə müqayisədə 72,5 min ədəd az avtomobil istehsal edib.