"Tesla"nın Çindəki satışları ötən ay zirvəyə çatıb | Banco.az

"Tesla"nın Çindəki satışları ötən ay zirvəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın Çində satışları ötən ay ilin ən yaxşı aylıq göstəricisini qeyd edib.

Banco.az xəbər verir ki, “Tesla”nın Çindəki satış performansı avqust ayında zirvəyə çatıb və kiçik şəhərlərdəki satışlardan faydalanıb.

“Tesla” ötən ay dünyanın ən böyük avtomobil bazarında 63 mindən çox avtomobil satdığını açıqlayıb. Bu, iyul ayı ilə müqayisədə 37 faizlə əsaslı artımdır, lakin yəqin ki, 64,694 ədəd avtomobil satdığı 2023-cü ilin avqustundan hələ də aşağı göstəricidir.

Qeyd edək ki, “Tesla” qlobal ixtisarın bir hissəsi olaraq yerli satış gücünü azaltsa da, şirkətin son satış sürətinə bir sıra amillər kömək edib. “Tesla” aprel ayından etibarən alıcılara beş ilə qədər sıfır faizli kreditlər təklif edir.

Sözügedən satışlar həvəsləndirici inkişaf olsa da, bu performansı ilə “Tesla” hələ də əsas çinli rəqiblərindən xeyli geri qalır. Belə ki, dünyanın ən böyük elektrik avtomobili istehsalçısı “BYD” Çində minik avtomobili satışlarının avqust ayında bir il əvvələ görə 35 faiz artaraq 370 min 854 ədədlə aylıq rekord səviyyəyə çatdığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et