Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın Berlin fabrikində istehsal bir müddət dayanacaq.
Banco.az xəbər verir ki, ABŞ-nin avtomobil nəhəngi “Tesla”nın Almaniyanın Berlin yaxınlığındakı fabriki yerli elektrik şəbəkəsində şübhəli bilinən yanğından sonra günlərlə bağlı olacaq.
Qeyd edilənə görə, yanğın “Tesla”nın fabrikinə keçməyib və işçilər təxliyə edilib. Bununla belə, ərazidəki minlərlə sakin də qısa müddətə işıqsız qalıb.
Özünü "Vulkan Qrupu" adlandıran fəal təşkilat onlayn yayımlanan məktubda yanğına görə məsuliyyəti öz üzərinə götürüb. Həmin qrup 2021-ci ildə obyektin yaxınlığında baş verən oxşar yanğına görə də məsuliyyəti öz üzərinə götürmüşdü.
Qrup “Tesla”ya qarşı təxribat təşkil etdiyini, çünki şirkətin torpağı, resursları, insanları, əməyi istismar etdiyini və həftədə 6 min SUV, öldürücü maşın istehsal etdiyini iddia edir.
Bizi sosial şəbəkələrdən izləyin!!