Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın Avropadakı satışları ardıcıl ikinci aydır ki, azalıb.
Banco.az xəbər verir ki, “Tesla”nın Avropadakı bazar payı fevral ayında illik müqayisədə daralmağa davam edib.
Çərşənbə axşamı yayımlanan məlumatlara görə, Avropada ümumi elektromobil sayı artsa da, “Tesla”nın satışları ardıcıl ikinci ay da azalıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasından (ACEA) əldə edilən məlumatlara əsasən, artan rəqabət və yeni Model Y orta ölçülü SUV-un bazara çıxarılmasından əvvəl İlon Maskın batareya ilə işləyən elektrikli nəqliyyat vasitələri (BEV) markası bu il Avropada indiyədək 42,6% daha az avtomobil satıb.
Fevral ayında “Tesla” ümumi avtomobil bazarının 1,8%-ni, BEV bazarının isə 10,3%-ni təşkil edib. Bu göstəricilər ötən il müvafiq olaraq 2,8% və 21,6% idi.
Şirkət Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələrində 17 mindən az avtomobil satıb. Bu rəqəm 2024-cü ilin eyni ayında 28 mindən çox idi.
Bizi sosial şəbəkələrdən izləyin!!