ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkətinin baş direktoru İlon Mask yeni "Y" modelinin fotosunu təqdim edib.
Rusiya mətbuatı xəbər verir ki, yeni avtomobil bazara 2019-2020-ci illərdə çıxarılacaq.
Bunun üçün "Tesla" bütün dünya üzrə 10-20 qiqafabrik qurmaq istəyir. Bu fariklərdə elektromobillərlə yanaşı, ildə 10 min ədəd akkumulyator özəyi istehsak olunacaq.
Xatırladaq ki, "Tesla"nın "Model 3" variantının gələn aydan kütləvi istehsalına başlanılacaq. Şirkət bu ilin sonuna qədər sözügedən modeldən həftədə 5 000, gələn il isə 10 000 ədəd istehsal etməyi planlaşdırır.
Report.az