Tamara Mustafayeva, Banco.az
Elektrikli avtomobil istehsal edən Tesla şirkəti yeni bir rekorda imza atıb. Şirkət bazar dəyərindəki artımdan sonra ən bahalı avtomobil şirkətinə çevrilib.
Cənubi Afrika əsilli tanınmış sahibkar İlon Maskın sahib olduğu elektrikli avtomobil istehsalçısı Tesla yeni rekorda imza atıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, həftənin əvvəlində birjada 919 dollarla açılış edən Tesla səhmləri 1000 dollar səviyyəsinə çataraq rekorda imza atıb. Bununla da şirkət Yaponiyanın məşhur avtomobil istehsalçısı olan Toyota şirkətini geridə qoyaraq ən bahalı avtomobil markası olub.
Tesla şirkətinin səhmlərindəki bu yüksəlişin əsas səbəbi kimi koronavirus pandemiyasına rəğmən əksər fabriklərin yenidən işlək vəziyyətə gətirilməsi göstərilir.
Hətta şirkətin Amerika xaricindəki yeganə fabriki olan Çinin Şanxay bölgəsindəki müəssisə də müvafiq icazələr rəsmiləşdikdən qısa müddət sonra yenidən fəaliyyətə başlamışdı.
Həmçinin oxu: İlon Mask Covid-19 qadağalarına əməl etməyəcəyini açıqladı
Bizi sosial şəbəkələrdən izləyin!!