Tesla şirkəti növbəti rekorda imza atdı | Banco.az

Tesla şirkəti növbəti rekorda imza atdı

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektrik avtomobili istehsalçısı Tesla şirkətinin səhmləri dünən 6.5% artaraq ilk dəfə 2 min dolları keçib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-da dünən işsizlik müavinəti üzrə müraciətlərin yenidən 1 milyonu keçməsi ilə yeni günə geriləyərək başlayan indekslər günün sonuna doğru texnologiya şirkətlərinə məxsus səhmlərin rəhbərliyində yüksəlişə keçərək bağlanıb.

Apple, Facebook, Netflix, Alphabet və Microsoft kimi texnologiya nəhənglərinin səhmləri 2%-dən çox dəyər qazanıb.

Elektrik avtomobili istehsalçısı Tesla şirkətinin də səhmləri 6.5% yüksələrək ilk dəfə 2 min dolları üstələyib.

Xatırladaq ki, şirkətin səhmləri 2020-ci ildə 300%-dən çox artıma imza atıb. Bu artımın əsas səbəbi kimi koronavirus pandemiyasına baxmayaraq, şirkətə məxsus bir çox fabrikin yenidən işlək vəziyyətə gətirilməsi göstərilir.

Həmçinin oxu: İlon Mask Covid-19 qadağalarına əməl etməyəcəyini açıqladı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram