Müəllif: Tamara Mustafayeva, Banco.az
"Tesla" şirkəti qlobal miqyasda avtomobil qiymətlərində endirim edib.
Banco.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ-ın elektromobil nəhəngi "Tesla" ilin ilk rübü üzrə göstəricilərə əsasən, dörd ildən sonra ilk dəfə avtomobil satışında azalma qeyd etməsinin ardınca qlobal miqyasda endirim edib.
Belə ki, şirkət Çində Model 3-ün başlanğıc qiymətini 14 min 000 yuan azaldaraq 231 900 yuana (32 min dollar) endirib.
Almaniyada arxa ötürücülü Model 3 modelinin də fevral ayından bu yana 42 min 990 avrodan 40 min 990 avroya (43 min 670,75 dollar) düşdüyü bildirilib.
"Tesla" sözçüsü bildirib ki, qiymət endirimləri Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrinə də şamil edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!