ABŞ-ın avtomobil istehsalçısı "Tesla Inc."ın səhmləri, şirkətin təsisçisi İlon Maskın tənzimləyici qurum ilə razılığa gəlməsinin ardından kəskin bahalaşıb.
Tesla-nın səhmləri 16 faiz bahalaşaraq 307.35 dollara qalxıb və Cümə günkü 14%-lik ucuzlaşmasını geri alıb.
ABŞ-ın qiymətli kağızlar bazarını tənzimləyən "U.S. Securities and Exchange Commission" (SEC) ilə əldə edilmiş razılaşmaya görə, Mask və şirkəti, hər biri 20 milyon dollar cərimə ödəyəcək. Həmçinin Mask, Şirkətin İdarə Heyətinin sədri vəzifəsindən istefa verəcək.
Marja.az