Tamara Mustafayeva, Banco.az
Tesla ilk rübdə rekord mənfəət əldə edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın elektromobil istehsalçısı Tesla şirkəti 2021-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Hesabata görə, bu il indiyə qədərki ən yüksək avtomobil istehsalı və satışını həyata keçirən şirkətin ilin ilk rübündə əldə etdiyi mənfəət 438 milyon dollar olub. Şirkət həmçinin sözügedən dövrdə 10.4 milyard dollar gəlir əldə edib ki, ötən ilin eyni dövrü üzrə bu göstərici 5.9 milyard dollar idi.
Xatırladaq ki, Tesla yanvar-mart ayları ərzində qlobal miqyasda 184 min 800 avtomobil satışı həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!