Beynəlxalq reytinq agentliyi Moody's-in Tesla-nın kredit reytinqini aşağı salmasıyla şirkətin səhmləri tez bir zamanda dəyərsizləşdi.
Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk-ın, bu ilin ilk rübündə işləri yoluna qoyacağı ilə bağlı verdiyi sözə baxmayaraq Model 3 avtomobilinin kütləvi istehsalı uğursuz oldu. İnvestorlar, elektrikli avtomobil istehsalçısının səhmlərindən yaxa qurtarmağa çalışır, hedcinq fondlarının idarəçiləri isə şirkətin bir neçə ay içərisində iflas edəcəyini söyləyirlər.
MİLYARLARLA DOLLARLIQ İNVESTİSİYALAR
İnvestorlar, ABŞ-ın Kaliforniya əyalətində qurulan və dünyanın ən yenilikçi şirkətlərindən biri olaraq bilinən Teslanın gələcəyin avtomobillərini müvəffəqiyyətli bir şəkildə istehsal edib bazara çıxara biləcəyinə inanıb, şirkətə milyardlarla dollarlıq sərmayə yatırdılar.
ŞİRKƏT BAHALI SPORT AVTOMOBİLLƏRİNDƏN ZƏRƏR ETDİ
Bu arada, özəl olaraq istehsal edilən Tesla Model, Tesla Model S və Tesla Model X kimi super bahalı idman avtomobillərindən zərər edən şirkətin CEO-su Elon Musk, böyük kütlələr üçün düşünülən bir avtomobil istehsal etməyi planlaşdırırdı. Qiyməti 35 min dollar olan və ötən ilin iyul ayında kütləvi istehsalına başlanan Tesla Model 3 avtomobili bu gözləntilərə cavab verəcək bir avtomobil idi.
BAZAR DƏYƏRİ SÜRƏTLƏ ARTDI
İstehsalın başlamasına 6 ay qalmış yeni avtomobil üçün böyük sıralar oldu. Səhmləri sürətlə bahalaşmağa başlayan Teslanın bazar dəyəri, Ford və General Motors kimi qlobal avtomobil bazarının böyük və uğurlu iştirakçılarının dəyərini aşdı.
ŞİRKƏT 2,2 MİLYARD DOLLARA ZƏRƏRƏ UĞRADI
Musk ötən il 20 min ədəd Model 3 avtomobili istehsal etməyi və onları bazarda çıxarmağı vəd etmişdi. Lakin maliyyə hesabatını görən investorlar dəhşətə gəldilər. Sənədə görə istehsal edilən vasitələrin sayı 360 ilə məhdudlaşmışdı və şirkətin zərəri 2,2 milyard dollar olaraq müəyyən olunmuşdu.
HƏR DƏQİQƏ ÜZRƏ 8 MİN DOLLAR ZƏRƏR
Beləziyyətdə istehsala davam edən Tesla saatda 480.000 dollar, ya da dəqiqədə 8.000 dollar istehsal etirməyə davam etdi.
ƏN QISA ZAMANDA İŞLƏRİ YOLUNA QOYACAĞI İLƏ BAĞLI SÖZ VERDİ
Musk, ən qısa zamanda işləri yoluna qoyub mart ayına qədər Model 3 istehsalını həftədə 3-5 min ədədə qaldıracağı üzrə söz versə də heç kim ona inanmadı. Yalnız keçən il, ekspertlər vəziyyətin düzəldilməsinin texniki cəhətdən mümkün olmadığını və Model 3 istehsalının müvəffəqiyyətsizliyə düçar olduğunu qəbul etdilər.
ONUN QAZANCI TESLA-NIN UĞURUNA BAĞLIDIR
Teslanın səhmdarları Musk'ı sabit maaşdan məhrum edərək, 2.6 milyard dollarlıq səhmin hədiyyə veriləcəyini, lakin hədiyyənin verilməsi üçün Teslanın bu anda 53 milyard dollar olan bazar dəyərinin gələcək 10 ildə 650 milyard dollara çatması şərtinə bağladı. Buna görədə, Musk şirkətin maliyyə dəyəri 100 milyard dolları keçdikdə, ilk hissə payını alacaq. Beləliklə, Musk-ın qazancı Tesla'nın uğurları ilə birbaşa əlaqəlidir..