Tesla-nın bazar dəyəri yarım trilyonu ötdü | Banco.az

Tesla-nın bazar dəyəri yarım trilyonu ötdü

Tamara Mustafayeva, Banco.az

Son illərdə marka dəyərini sürətlə artıraraq dünyanın ən dəyərli avtomobil markası ünvanını qazanan Tesla hər ötən gün yüksəlişini davam etdirir. Sürətlə dəyərlənən şirkət səhmləri Tesla-nın bazar dəyərini ilin əvvəlindən bəri beş dəfə artıramaqla 515 milyard dolları ötməsinə səbəb olub.

Ötən həftənin cümə günündən bəri Tesla şirkətinin bazar dəyəri ümumilikdə 52 milyard dollar artıb ki, bu rəqəm də Ford şirkətinin bazar dəyərinin təqribən 1.5 qatına bərabərdir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, adətən dalğalı hərəkət dinamikasına sahib olan şirkətin səhmləri qiymət dalğalanması ilə yoluna davam edib. Ancaq şirkət səhmlərinin ümumi dəyəri avqust ayından bəri yüksələn tendensiya ilə icra olunur. Bir gün əvvəl şirkətin bir səhminin qiymətinin 4,6% artımla 545.62 dollara yüksəlməsi ilə CEO İlon Mask "Blomberg Milyarderlər İndeksi"-nin üst pillərinə qalxıb.

Bununla da İlon Maskın şəxsi sərvəti 7.24 milyard dollar artmaqla 128 milyard dolları üstələyib. Ancaq qeyd edək ki, Amazon şirkətinin təsisçisi Ceff Bezos hələ də dünyanın ən varlı adamı ünvanını qoruyub saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Tesla 25 min dollar dəyərində elektrik avtomobili istehsal edəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et