Tamara Mustafayeva, Banco.az
Tesla şirkətinin CEO-su İlon Mask bir müddət əvvəl etdiyi açıqlamada 2021-ci ildə Hindistan bazarına daxil olacaqlarını bildirmişdi. Ölkə xaricindəki ilk istehsal fabrikini Çində inşa edən Tesla indi də Hindistan bazarına daxil olub.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın elektromobil istehsalçısı Tesla şirkəti "Tesla Motors India and Energy Private Limited" adlı yeni şirkətini Hindistanın Banqalor şəhərində ötən həftə təsis edib. Qeyd edək ki, Banqalor Hindistanın texnologiya sənayesinin mərkəzi hesab edilir.
Xatırladaq ki, Hindistan hökuməti bu yaxınlarda əvvəl ölkəyə sərmayə qoyuluşunu artırmaq üçün batareya istehsal müəssisələri inşa edən şirkətlərə 4.6 milyard dollarlıq stimul paketi təqdim edilməsinin planlaşdırıldığını elan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!