“Tesla” dünyanın ən böyük akkumulyatorunu yaradacaq | Banco.az

“Tesla” dünyanın ən böyük akkumulyatorunu yaradacaq

“Tesla” şirkəti dünyanın ən böyük litium-ion akkumulyatorunun yaradılması üzrə tenderdə qalib gəlib.

Cənubi Avstraliya Teslanı - dünyanın ən nəhəng ölçülü akkumulyatorunu yaratmaq üçün seçib. Banco.az bu barədə investopedia saytına istinadən bildirir:  “Tesla Powerpack” layihəsi Avstraliyanın regionlarından birini elektrik enerjisi ilə təmin etməlidir. 

Layihə çərçivəsində “Tesla” bu ilin dekabrı ayına qədər 100 meqavatt gücündə akkumulyator yaratmalıdır. Layihə bir neçə külək enerjisi stansiyaları ilə birlikdə həyata keçiriləcək. Cənubi Avstraliya külək enerjinin istehsalına görə regionun digər hissələrini xeyli qabaqlayır, lakin istehsal olunan enerjini toplaya bilməməsi səbəbindən region küləksiz günlərdə xeyli əziyyət çəkir. 

Ən sərfəli kredit üçün müraciət et

”Tesla Powerpack” bərpa olunan enerji mənbələrindən enerji götürəcək və pik saatlarında elektrik enerjisi ötürəcək ki, Cənubi Avstraliyanın enerji infrastrukturunun etibarlı işini təmin etsin”, - deyə açıqlamada bildirilir.

 

, Banco.az bu barədə investopedia saytına istinadən bildirir:  “Tesla Powerpack” layihəsi Avstraliyanın regionlarından birini elektrik enerjisi ilə təmin etməlidir.