"Tesla" Çindəki 1,1 milyon avtomobili təmir etməli olub | Banco.az

"Tesla" Çindəki 1,1 milyon avtomobili təmir etməli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Çindən 1,1 milyon avtomobili geri çağırır.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” avtomobillərin sürətləndirici sistemlərində yaranan problemə görə Çində satışını reallaşdırdığı demək olar ki, bütün avtomobilləri təmir etməli olacaq.

Bu barədə Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası cümə günü məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Tesla”nın Şanxay fabrikində istehsal etdiyi və ya 2019-cu ilin yanvar - 2023-cü ilin aprel ayları aralığında Çinə idxal etdiyi təxminən 1,1 milyon elektrik avtomobilin texniki problemini həll etmək üçün simsiz proqram təminatı təqdim etməlidir.

Çin Avtomobil Texnologiyası və Araşdırma Mərkəzi tərəfindən təqdim edilən məlumatlara görə, “Tesla” 2014-cü ildən bu ilin mart ayına qədər Çində təxminən 1 milyon 129 min 55 avtomobil satışı həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et