İlon Mask 6 saatda 16 milyard dollar itirdi | Banco.az

İlon Mask 6 saatda 16 milyard dollar itirdi

Tamara Mustafayeva, Banco.az

Banco.az Blomberg və Forbes nəşrlərinə istinadla xəbər verir ki, çərşənbə günü birjadakı altı saatlıq alqı-satqı əməliyyatlarından sonra Tesla səhmlərinin dəyər itirməsi səbəbilə İlon Maskın şəxsi sərvəti 16 milyard dollardan çox geriləyib.

Blomberg Milyarderlər İndeksinə görə, altıncı və Forbes nəşrinin Dünyanın Ən Varlı İnsanları siyahısına əsasən isə səkkizinci pillədə qərarlaşan Mask avqust ayının sonunda hər iki siyahının üçüncü pilləsinə yüksəlmişdi. Elektrik avtomobili istehsalçısı Tesla şirkətinin səhmləri S&P 500 birjasından çıxarıldıqdan sonra çərşənbə günü baş tutan əməliyyatlar əsnasında 21% dəyər itkisi yaşayaraq ən böyük gündəlik dəyər itkisinə imza atıb.

Blomberg nəşrinə görə, bu itkiyə baxmayaraq, İlon Mask hələ də 82,2 milyard dollarlıq sərvətə sahibdir. SpaceX və The Boring Company şirkətlərinin təsisçisi olan Mak bu il 54,7 milyard dollar qazanıb ki, bu da Ceff Bezosun qazandığı 71,1 milyard dollardan bir qədər azdır.

Qeyd edək ki, birjada yaşanılan dalğalanma digər şirkətlərə də təsirsiz ötüşməyib. Ceff Bezos 7,94 milyard dollar itirsə də, 186 milyard dollarlıq şəxsi sərvəti ilə milyarderlər siyahısının birinci pilləsindəki yerini qoruyub saxlayır. Mark Zuckerberg isə 4,26 milyard dollar itirməsinə baxmayaraq, sözügedən siyahının yenidən üçüncü pilləsinə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İlon Mask Neuralink beyin çipini TƏQDİM ETDİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram