Tesla avtomobillərinin qiyməti artır | Banco.az

Tesla avtomobillərinin qiyməti artır

Tesla avtomobilləri artıq baza versiyalı Autopilot sistemi ilə təchiz ediləcək. Bu barədə şirkət nümayəndələri məlumat verir.

Nəzərdə tutulan dəyişikliklər həyata keçən zaman avtomobillərin qiymətlərində artım müşahidə ediləcək. Mütəxəssislər buna baxmayaraq avtomobilin ümumi dəyərini yenə də sərfəli hesab edir.

Məsələn: Model 3 standart Plus 37 500 dollar, avtopilot təchizatı isə ayrılıqda 3000 dollar dəyərindədir. Hal-hazırda isə avtopilot ilə təchiz edilən avtomobilin ümumi qiyməti 39 500 dollar təşkil edəcək

Tesla şirkəti avtopilot funksiyası ilə təchiz edilən avtomobilin üstün xüsusiyyətlərindən bəhs edib:

Baza versiyalı avtopilot, maşını şosse boyunca hərəkətini təmin edir, maneləri rast gəldikdə dayana, kruiz-kontrol* sistemi idarəsini də idarə etmək bacarığına malikdir. Bundan əlavə Tesla  alıcılara “Hərəkətin özünü idarə etmə” (Full Self-Driving), sistemini təklif edir. Sözü gedən sistem sürücü olmadan avtomobili park edə, sıra dəyişə və çevrilə bilir.

Ən sərfəli kredit üçün müraciət et

Kruiz kontrol * - Sürücünün iştirakı olmadan müstəqil şəkildə qazı avtomatik olaraq əlavə və ya azaldaraq, sabit sürət saxlayan bir cihazdır. Əksər hallarda şosselərdə hərəkət zamanı istifadə edilir.

Dəyişikliklər Teslanın ən ucuz Model 3 avtomobili üzərində tətbiq edilib.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et