"Tesla" avtomobil qiymətlərini aşağı saldı | Banco.az

"Tesla" avtomobil qiymətlərini aşağı saldı

Müəllif:Mehin Qasımova,Banco.az

"Tesla" Çində arxa ötürücülü Model 3-ün qiymətini 3,7 faiz azaldıb.

Banco.az xəbər verir ki, bu addım şirkətin Çin bazarındakı rəqabət mövqeyini gücləndirmək məqsədi daşıyır.

Qiymət azalması ilə avtomobilin dəyəri 259 500 yuan (təxminən 36 400 dollar) olub.

Xatırladaq ki, ötən ay "Tesla" Çində ən uzun mənzilli "Model 3" variantını təqdim edib.