Təşəkkürün sehrli gücünü bilirsiniz? | Banco.az

Təşəkkürün sehrli gücünü bilirsiniz?

Kəmərlərinizi yaxşı bağlayın, çünki marketinqin ən məşhur taktikalarından birini sizə təqdim etməyə hazırlaşırıq. Hədəf kütləyə olan ismarıclardakı yüksək effektdən, aşağı xərcinə qədər, təşəkkür istənilən prizmadan sizi qazanan tərəfə çevirir.

Təşəkkür kartları

Təşəkkür kartları təcrübədə kütləni ən çox təsirləndirən metodlardan sayılır. Təşəkkür kartlarının gücü əksər hallarda aşağı qiymətləndirilsə də, sübut olunmuş gerçək onun əhəmiyyətini vurğulayır.


Təşəkkür kartları niyə göndərilir?

Axırıncı dəfə nə zaman təşəkkür kartları aldığınızı, və ya verdiyinizi yəqin ki, xatırlamırsınız. Şimali Avropa alimlərinin araşdırmalarına görə təşəkkür insan psixologiyasına inanılmaz dərəcədə təsir edir. Məhz bu səbəbdəndir ki, dünyanın ən böyük şirkətləri, ən məhsuldar müştərilərinə hər zaman təşəkkür kartları göndərirlər.
Bu gün iş dünyasında göndərilən maillərin sadəcə 4%-i fərdlər tərəfindən oxunur. Qalanları isə oxunmadan silinir. Bunun əsas səbəbi maillərdə olan ümumiləşdirmə, bütün kütləyə eyni dildən xitabdır ki, vəziyyəti fərdi şəkildə yazılmış maillərlə dəyişmək mümkündür. Müştərilərin hər biri xüsusi olduğunu hiss etmək istəyir. Bunu hiss etdirənlər isə müştəriləri qazanır.
Marketinq aspektindən baxdıqda, yerli bazarda çox az şirkətin təşəkkür kartları ilə müştəriləri cəlb etdiyini görərsiniz, və ya heç görməmək şansınız da var. Məsələ də budur. Bazarda bunu etməklə siz öz məhsulunuzu digərlərindən fərqləndirəcəksiniz. Təşəkkür kartları, müştərilərin yaddaşında qalmaq üçün bir vasitədir. Belə ki, müştərilər kartların təsiri altında, sizin məhsulunuzu digərlərinə də məsləhət görəcəklər.

Ən sərfəli kredit üçün müraciət et


Təşəkkür kartları necə hazırlanır?

Təşəkkür kartları hazırlanarkən aşağıda göstərilən elementlər nəzərə alınmalıdır:

  1. Kartı göndərdiyiniz müştəriniz haqqında spesifik əlamətləri qeyd etməklə, onu xüsusi qiymətləndirdiyinizi göstərin.
  2. Kartın hansı şirkətə aid olduğunu göstərin və bunu şirkət dəyərlərindən biri kimi ifadə edin.
  3. Qısa və lokanik şəkildə təşəkkürünüzü ifadə edin.
  4. Kartın dizaynına və keyfiyyətinə diqqət yetirin.

​Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et