Təsadüfi bitcoindən 8 milyon qazanmış 50 Centin qısa hekayəsi | Banco.az

Təsadüfi bitcoindən 8 milyon qazanmış 50 Centin qısa hekayəsi

2014-cü ildə məşhur 50 Cent rep qrupu  Animal Ambition adlı albomunun insanlar tərəfində bitcoinlə alınmasına icazə verir və hər şey bu hadisə ilə başlayır.   O öz bitcoin hesabını uzun müddət istifadəsiz saxlayır və birdə ayılır görür ki Amerikanın məşhur kanalı olan TMZ tərəfindən bitcoin milyoneri elan edilmişdir.

Həmin tarixdə bitcoinin cari dəyəri  662 dollar idi və 50 cent fanatları həmin albomun bir hissəsini ala bilirdilər. O bu satışda təxminən 400 000 dollardan çox pul  qazanmışdı.  Bu hadisədən bir müddət sonra bitcoinin dəyəri  qalxmağa başladı.  Bu ay ən yüksək dəyri 17 000  dollara kimi qalxan bitcoin , keçən həftələrdə 10 000 dollara qədər düşüb.  (Bu yazı yazılan dövrdə, bitcoinin cari dəyəri  təqribən 11 000 dollardan bir az çox idi.)  İllərdir, bircoin hesabının varlığını unutmuş 50 cent qrupu,  həmin albomdan hazırki gəliri təqribən 7 – 8,5 milyon dollar arasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra, bu hadisəni sosial şəbəkədə paylaşan 50 Cent onu belə bir postla təsdiqləyib,  “Cənub tərəfindən olan biri üçün elədə pis deyil” .  Rəydə isə o bitcoin hesabının varlığını unutduğu xəbərini gizlətməyib.  “Düzünü deyəcəm, o hesabın varlığından xəbərim belə yox idi.”

Hətta 50 centin fanatları ona bitcoin məsələləri ilə bağlı məsləhət verərəkən, onlardan biri zarafatca qeyd edib ki,  “yəqin 50 Centin DeepOnion coinindən xoşu gəlir, çünki onun dəyəri elə 50 centə bərabərdir”

Amma fikrimcə 50 Cent özünü şanslı hiss etməlidir, çünki günümüzdə bitcoin hesabını unudub sonra ona daxil  olma bilgilərini yada sala bilməyərək nə qədər sərvəti itirmiş  milyonlarla insan mövcuddur. 

Xəzər Aslanov. Banco.az