Cəmiyyətdə hər kəs öyrənmək istəyir, bunun üçün çalışır. Düzü çox insanların fikrinə görə pul biznesdədi elmdə deyil. Lakin biznesi idarə etmək üçün də iqtisadi terminləri və iqtisadi hadisələri düzgün analiz etmək lazımdır. Yəni tək praktiki bilgilərlə bahar olmur, nəzəri biliklərə də az da olsa ehtiyac vardır. Banco.az kollektivi də bunları nəzərə alaraq sizə A hərfi ilə başlayan 10 yeni termin təqdim edir. Uğur olsun !
1) Absentizm – Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna məhəl qoymadan, heç bir üzrlü səbəb olmadan işə çıxmama.
2) Abroqasiya – köhnəlmiş qanunun onun səmərəsizliyi və ya onun zamanın ruhu ilə ziddiyyət təşkil etməsi ilə bağlı ləğv olunması (köhnə qanunun yenisi ilə tamam əvəz olunması).
3) Adxokratiya – firma üçün yeni olan məsələlərlə məşğul olan və birqayda olaraq müvəqqəti xarakter daşıyan bölmə, təşkilati forma,onlar müxtəlif adlar daşıya bilərlər: işçi, ekspert, məqsədli qrup, işçi mərkəzləri, ştab, komanda və s.
4) Admonisiya – borc alan tərəfindən borc məbləğinin alınması məqsədi ilə borc verən (kreditor) tərəfə təqdim edilən yazılı öhdəlik.
5) Affirmasiya – sənədlərin, o cümlədən maliyyə sənədlərinin, hesabların təsdiq edilməsi, düzgünlüyünə təminat verilməsi.
6) Aforfe
a) Vergiqoymada vergi orqanları tərəfindən mühasibatlığı yaxud düzgün mühasibatlığı olmayan şəxsin mənfəətinin öncədən qiymətləndirilməsi.
b) Köçürmə veksellər vasitəsilə beynəlxalqticarətin maliyyələşdirilməsi.
7) Akkomadasiya Siyasəti – iqtisadiyyatda yaranmış şok vəziyyətlərinin nəticələrini aradan qaldırmağa, onların dağıdıcı qüvvəsini zəiflətməyə yönəldilmiş iqtisadi siyasət.
8) Akonto – öncədən hesablaşma formasında idxalçı tərəfindən ixracatçıya məxsus hesaba ödənişi.
9) Alleqri – lotereyanın bir növü; bilet alandan dərhal sonra onun nəticəsi məlum olur.
10) Allokasiya – iqtisadi resursların və ehtiyatların müxtəlif subyektlər arasında onların zəruri tələbatları əsasında bölüşdürülməsidir.
Xəzər Aslanov. Banco.az
Bunlar da maraqlıdır: