Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2025-ci ilin yanvar-iyun aylarında 149 milyon 26 min dollar dəyərində 134 min 375 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 8,8% və ya 12 milyon 77 min dollar az, miqdar baxımından isə 20 min 129 ton və ya 17,6% çoxdur.
2024-cü ilin ilk 6 ayında ixrac edilən pomidorun miqdarı 114,2 min tona, dəyəri isə 136,9 milyon dollara bərabər idi.
Qeyd edək ki, yanvar-iyun aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 1,16%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 8,58%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!