Telegram platformasına audio söhbət funksiyası əlavə edildi | Banco.az

Telegram platformasına audio söhbət funksiyası əlavə edildi

Tamara Mustafayeva, Banco.az

Telegram platformasına "Discord"a oxşar audio söhbət funksiyası əlavə edilib.

Rusiyaya məxsus mesajlaşma platforması olan Telegram məxfilik xüsusiyyəti ilə istifadəçilərin marağına səbəb olur. Platformanın Android və iOS versiyalarına müntəzəm olaraq yeni funksiyalar əlavə edilir. İndi də Discord istifadəçilərinin faydalandığı bir funksiya Telegram-da aktivləşdirilib.

Audio söhbət funksiyası hazırda mövcud olan mətn söhbətlərinin bir hissəsi və dostlarınız və ya ailənizlə canlı danışmaq üçün daimi seçim kimi xidmət göstərir. İstifadəçilər Discord kabinetində və ya axtarış zamanı olduğu kimi audio söhbət funksiyasından faydalana biləcəklər. Bunun üçün "söhbət qrupu" yaratmaq kifayət edəcək.

Ekranın yuxarı hissəsində yerləşdiriləcək "Audio Söhbət" bölməsində cari anda neçə istifadəçinin uyğun olduğu görünəcək. "Qoşul" seçimi ilə istifadəçilər birbaşa audio söhbətdə iştirak edə biləcəklər. 

Hazırda qrup söhbətləri audio əsaslı olsa da, Telegram yaxın həftələrdə bu bölməyə video və ekran bölüşmə funksiyalarının da əlavə ediləcəyini açıqlayıb. Sözügedən funksiyasını yoxlamaq istəyirsinizsə, bunun üçün hər hansı bir qrupun admini olmalısınız.

Xatırladaq ki, şirkətin CEO-su Pavel Durovun dediyinə görə, platformanın hazırda 500 milyon aktiv istifadəçisi mövcuddur.

Həmçinin oxu: 2021-ci ildən etibarən bu telefon modellərində WhatsApp işləməyəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram