2021-ci ildən etibarən bu telefon modellərində WhatsApp işləməyəcək | Banco.az

2021-ci ildən etibarən bu telefon modellərində WhatsApp işləməyəcək

Tamara Mustafayeva, Banco.az

WhatsApp gələn ildən etibarən platformanın aktiv olmayacağı mobil telefonları açıqlayıb.

Mesajlaşma nəhənginin etdiyi açıqlamaya görə, yeni ildən başlayaraq iOS 9 və aşağı səviyyəli əməliyyat sistemlərində WhatsApp işləməyəcək. Android sistemində isə ən aşağı səviyyə 4.0.3 qeyd edilib. Beləliklə, bu versiyadan aşağı səviyyəli əməliyyat sistemlərinə malik telefon modellərində mesajlaşma tətbiqindən istifadə etmək mümkün olmayacaq. Hər iki sistem üzrə qeyd edilən versiyalardan istifadə edənlərin sayının az olması səbəbilə dəyişikliyin çox insana təsir göstərməyəcəyini deyə bilərik.

2021-ci ildən etibarən WhatsApp tətbiqinin işləməyəcəyi Android əsaslı telefonlara HTC Desire, LG Optimus Black, Motorola Droid Razr və Samsung Galaxy S2 modelləri, iOS əsaslı telefonlara isə iPhone 4 və daha əvvəlki modellər aid edilib. iPhone 4S, 5, 5S, 5C, 6 və iPhone 6S istifadəçiləri isə iOS 9 və daha yüksək versiyalardan birini yükləyib tətbiqdən istifadə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp alış-veriş funksiyasını aktivləşdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et