“Tələbələrin təhsil haqqının ödənilməsində əlavə 13 milyon manat yönəldilib” | Banco.az

“Tələbələrin təhsil haqqının ödənilməsində əlavə 13 milyon manat yönəldilib”

“Azərbaycanda tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən əlavə 40 milyon manat vəsait ayrılıb. 2019-2020-ci tədris ilinin II semestri ilə əlaqədar artıq 13 milyon manata yaxın vəsait bu istiqamətə yönəldilib”.

Bunu Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ali məktəblərdə ödənişli təhsil alan, sosial həssas qrupa daxil olan tələbələrin sayının artması vacib amildir: “Burada konkret meyarlar müəyyən olunmalıdır. Yəgin ki, Təhsil Nazirliyi ilə birlikdə bu məsələyə baxarıq”.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et