Tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək | Banco.az

Tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək

Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram