"Tələb və təklif arasında uçurum genişlənə bilər" | Banco.az

"Tələb və təklif arasında uçurum genişlənə bilər"

Noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti XI iclası keçirilib.

İclasda OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei salamlama nitqi ilə çıxış edib.

Daha sonra JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih və OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindonun çıxışları dinlənilib. Çıxışlarda “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrin əldə etdiyi nailiyyətlərdəki, neft istehsalçısı və istehlakçısı ölkələrin, o cümlədən qlobal iqtisadiyyatın maraqlarına xidmət edən balanslı, davamlı və sabit neft bazarının formalaşmasındakı əhəmiyyəti vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

İclasda Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyası tərəfindən hazırlanan aylıq hesabat nəzərdən keçirilib. Həmçinin qlobal neft bazarındakı qısamüddətli hadisələr təhlil edilib, eləcə də gələcək perspektivlər və 2019-cu il üçün ssenarilər müzakirə olunub.

Bildirilib ki, qlobal iqtisadi artımdakı qeyri-müəyyənliklərin 2019-ci ildə neft tələbatına təsirləri ola bilər, həmçinin bu, tələb və təklif arasında uçurumun genişlənməsinə gətirib çıxara bilər.

Qeyd olunub ki, oktyabrda OPEC+ sazişinə 104 faiz əməl edilib. Bundan başqa, JMMC-nin XII iclasının dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilməsi barədə qərar qəbul olunub.

© Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et